Dekabr ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb.
Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili məlumat verib.
Bildirilib ki, bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımları ödənilib.
Vətəndaşlar hesablarına köçürülmüş müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.