-3 C
Baku
Sunday, December 15, 2024

Tələbin artması ehtimalı və dolların zəifləməsi nefti bahalaşdırır

Dolların məzənnəsinin zəifləməsi və neftə tələbin artması ehtimalları ilə 2021-ci ilin fevral fyuçerslərində neftin qiyməti qalxıb. ABŞ dollarının məzənnəsi əsas rəqibləri qarşısında hökumətin 900 milyard dollarlıq paketi və COVID-19 epidemiyasına qarşı vaksinin buraxılmasına dair müsbət gözləntilərdən sonra bir neçə gündür zəifləyir.

(Bakı vaxtı:11:30)
London birjasında Bren markalı xam neftin bir barelinin dəyəri 0.26 dollar, yaxud, 0.51% artmaqla 51.12 dollar olub. Nyu-York birjasında isə WTI markalı xam neftin bir barreli 0.23 dollar, yaxud, 0.48% artmaqla 47.85 dollara yüksəlib. Hətta bəzi saatlarda 48 dolları ötüb. Donald Trampın hökumətinin 900 mlrd. dollarlıq yardım paketinin təsdiqi hazırda xam neftin bahalaşmasında əsas motivlərdən biri sayılır.

Buna baxmayaraq dünyada koronavirusla bağlı vəziyyət qeyri-müəyyən olaraq qalmaqdadır. Milad bayramı öncəsi Avropa ölkələri sərt “lockdown”lara (karantin) getməsi ilə bağlı artıq bir çox ölkələr qərar verib. Eləcə də Asiya ölkələrində də bu epidemiyanın yenidən geridönüş etməsi müşahidə edilməkdədir.1x 1 1

“Yeni il ərəfəsində bazarlar çox qeyri-sabit görünür, lakin bu gün onlar… riskli bazarlar tərəfindən dəstək tapmalıdırlar. Çünki əhəmiyyətli stimullaşdırma fonunda səhmlər dəyər qazanır. Amma yeni COVID variantı səbəbi ilə neft bazarı üçün böyümə məhdud ola bilər”, – “Reuters”ə “Axi”nin dünya bazarları üzrə baş strateqi Stiven İnnesdən sitat gətirib.

Warren Patterson Bloomberg-ə bildirir ki, virusla bağlı yenilənmiş narahatlıq gələcək günlərdə neftə tələb üçün hələdə təzyiq saxlayır. O neftin qiymətinin COVID-19 epidmiyasının gələcəkdəki göstəricilərindən asılı olaraq dəyişəcəyini proqnoz edib.

Son xəbərlər
Digər xəbərlər