Əhalinin əldə etməkdə çətinlik çəkdiyi kredit növlərindən biri də ipoteka kreditləridir. Bu krediti əldə etmək istəyən şəxslər bəzən hansı banka müraciət etməli olduqlarını belə bilmirlər. Hazırda bankların çoxu ipoteka kreditlərinin verilməsini dayandırıb. Bu səbəbdən də ipoteka krediti ilə bağlı müraciət edə biləcəyiniz bankların sayı azalıb.
Bildiyiniz kimi iki növ ipoteka kreditləri vardır: 1. Azərbaycan Dövlət İpoteka Fondu ilə hesabına verilən krediti. 2. Bankdaxili ipoteka krediti.
1. Bankdaxili ipoteka krediti
Bankdaxili ipoteka krediti hazırda bir neçə bankda ipoteka krediti aktivdir. Lakin, Siz aktiv olmayan bəzi banklardan istehlak krediti götürməklə də ev ala bilərsiniz.Təbii ki, bu adi ipoteka kreditindən bahalı kreditdir (faizlər yüksəkdir).
İpoteka krediti əldə etməyiniz üçün tələb olunan sənədlər
- Bank tərəfindən təsdiq edilmiş formada kredit sifarişi;
- Şəxsiyyəti təsdiq edən sənəd;
- Gəlirlər haqqında arayış:
- Girov qoyulan daşınmaz əmlak üzrə tələb olunan sənədlər.
Aşağıdakı cədvəldə öz vəsaiti hesabına ipoteka krediti verən bankların siyahısı hazırlanmışdır.
2. Dövlət İpoteka Fondu xətti ilə verilən ipoteka krediti
Hal- hazırda ölkəmizdə Dövlət İpoteka Fondu xətti ilə ipoteka krediti verən bir çox banklarda bu xidmət aktiv deyil. Sadəcə iki bankda AİF – xətti ilə verilən kreditlər aktivdir. Bu kreditin göstəriciləri isə bütün banklarda eynidi.
İpoteka fondu hesabına verilən İpoteka kreditlərinin faiz dərəcəsi illik 8%-dir və bu krediti siz 25 ilə qədər götürə bilərsiniz. (Maksimal məbləğ 50 000 AZN).
Dövlət İpoteka Fondu xətti ilə ipoteka krediti verən banklar aşağıdakılardır:
Qeyd edək ki, digər heç bir bankda isə Fond tərəfindən verilən kreditlər aktiv deyil. Dövlət hesabına İpoteka kreditinin aktiv olmadığı bankların siyahısı belədir: Azər-Türk Bank, Bank Respublika, Bank Standard, Bank Technique, Bank VTB (Azərbaycan), DəmirBank, Expressbank, Kapital Bank, Parabank, Rabitabank, Bank BTB, Turan Bank, Xalq Bank, AtaBank, NBC Bank, Nikoil Bank, Zaminbank, Access Bank, Beynəlxalq Bank, Amrahbank, ASB Bank.
Bundan əlavə hərbiçilərə, qaçqınlara, əlil ailələrinə və s. şəxslərə İpoteka fondu xətti ilə güzəştli kredit də verilir. Güzəştli ipoteka isə 30 ilə qədər və illik 4% verilir. Qeyd edək ki, ipoteka kreditləri üzrə güzəştlərdən hər bir ailə (şəxs) yalnız bir dəfə istifadə edə bilər.