Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 49 min ton şəkər ixrac edib.
“Banker.az”a Dövlət Gömrük Komitəsindən verilən məlumata əsasən, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 min 925 ton və ya 19.6% azdır. Hesabat dövründə, ixrac edilən məhsulun dəyəri 21 milyon 449 min ABŞ dolları təşkil edib.
Cari ilin yanvar-noyabr aylarında şəkərin ümumi ixracda xüsusi çəkisi 0.16 faizə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 1.31% faizə bərabər olub.