Cənubi Koreyanın “Samsung” şirkəti elastik ekrana malik qatlanan “Z Flip” qurğusunun yeni nəslini hazırlayır.
“Samsung” şirkəti ona məxsus elastik ekranlı smartfonun daha əlçatan və istifadəçilər arasında populyar olması üçün onu ucuzlaşdırmaq niyyətindədir. Yeni nəsil versiyada ediləcək sadələşdirmələr arasında orta səviyyəli prosessor və beşinci nəsil mobil şəbəkələrində işləmək üçün dəstəyin olmaması qeyd edilir.
“Samsung Z Flip” qatlanan smartfonunun ilk versiyası 2020-ci ilin əvvəlində təqdim edilmişdi. Böyük ehtimalla ikinci nəsil 2021-ci ilin birinci rübündə təqdim ediləcək.