Elektrikli avtomobil bazarına böyük investisiya qoyan Volkswagen bu sahədə daha bir yeniliyə imza atmağa yaxındır.
Şirkət daha əvvəl də elan edilən avtomatik enerjiyığma robotu ilə gündəmə gəlib.
Hələlik yalnız prototipi hazırlanan robot avtomatik hərəkət edərək batareyası azalan avtomobili təyin edir və enerjisini doldurur.
İndilik hər robota 25 kWh batareya yerləşdirilir və 50 kW enerji gücü təqdim edir.