22 C
Baku
Thursday, October 10, 2024

Azərbaycan elektrik enerjisi ixracından gəlirlərini 25% azaldıb

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan xaricə 56 milyon 787 min ABŞ dolları dəyərində 1 256 400 min kVt/saat həcmində elektrik enerjisi ixrac edib.

Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, cari ilin 11 ayında ixrac edilən elektrik enerjisinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 486 320 min kVt/saat (28%), dəyəri isə 19 milyon 248 min ABŞ dolları (25%) azdır.

Həmçinin xatırladaq ki, Azərbaycanın ən əsas elektrik enerjisi ixracatçısı “Azərenerji” ASC-dir.

Son xəbərlər
Digər xəbərlər