2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan xaridən geyim əşyalarının alışını azaldıb – 62 mln.dollar

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana 194 milyon 466 min ABŞ dolları dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edilib.

“Banker.az”a Dövlət Gömrük Komitəsindən verilən məlumata əsasən, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 62 milyon 961 min ABŞ dolları azdır.

Belə ki, ötən ilin eyni dövründə Azərbaycana  257 milyon 427 min ABŞ dolları dəyərində  geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edilib.

Hesabat dövründə geyim əşyaları və geyim üçün ləvazimatların idxalı ümumi idxalın 2.01%-ni təşkil edib.

Son xəbərlər
Digər xəbərlər