2020-ci ilin yanvar-noyabr aylarında “Azəralüminium” MMC 83.6 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Banker.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”na istinadən xəbər verir ki, bu, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22.7 milyon ABŞ dolları və ya 21.35 % azdır.
Belə ki, ötən ilin yanvar-noyabr aylarında “Azəralüminium” MMC 106.3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Qeyd edək ki, “Azəralüminium” MMC Azərbaycanın əlvan metallurgiya sənayesinin aparıcı sahəsi olan boksit və alunit filizindən alüminium – oksid (gil-torpaq), ilkin alüminium və yarımfabrikat (alüminium vərəq-lövhə, zolaq hər iki üzü boyanmış vərəq və lövhə, billet, külcə və rulon şəklində) məhsullarının istehsalı sahəsi üzrə aparıcı şirkətdir.