İsraildə milyonuncu sakin koronavirusa qarşı peyvəndlənib.
“RİA Novosti”yə istinadən xəbər verilir ki, ölkədə COVID-19-a qarşı vaksinasiya dekabrın 20-də başlanıb.
Məlumata görə, birinci mərhələdə səhiyyə işçiləri, geriatriya müəssisələrinin əməkdaşları və öz nümunəsi ilə vətəndaşları vaksinasiyaya təşviq etməli olan hakimiyyət nümayəndələri peyvəndləniblər. İkinci mərhələdə isə yaşı 60-dan yuxarı və risk qrupuna daxil olan insanlara peyvənd vurulub.
Bundan başqa, İsrail noyabrın 1-də yerli istehsal olan koronavirusa qarşı peyvəndin klinik sınaqlarına başlayıb. Sınaqlar üç fazada keçiriləcək. Sonuncu fazanın aprel-may ayında keçiriləcəyi planlaşdırılır.