20 C
Baku
Wednesday, October 9, 2024

Yaşamaq üçün ən rahat ölkələr…

İnsan öz vətənini sevməli və vətənpərvər olmalıdır. Lakin bəəzn elə vəziyyətlər yaranır ki, insan öz vətənini tərk edərək daha rahay yaşayış şərtləri olan ölkələr axtarışına çıxır. Əgər siz də belə insanlardansınızsa bu məqalə sizə faydalı olacaq.

Beləliklə, yaşamaq üçün ən rahat ölkələrin reytinqi ilə tanış ola bilərsiniz:

Vyetnam

Müsbət cəhətləri: Əcnəbilər üçün çoxsaylı iş təklifləri, ucuz dövlət tibb xidməti, nəhəng şəhər və kurort zonalarında sabit internet, sərfəli ev qiymətləri, çox çeşidli mətbəx. Vyetnam ekzotika sevənlər üçün ən ideal məkandır.

Hindistan

Müsbət cəhətləri: ucuz qida və geyim, xoş iqlim, parlaq mədəniyyət.

Gürcüstan

Müsbət cəhətləri: qısa müddətə çatmaq, gözəl təbiət, dadlı və bir o qədər də tanış mətbəx, quru iqlim, ucuz mobil internet.

Kamboca

Müsbət cəhətləri: il boyu davam edən isti iqlim, hər zaman təzə meyvə, tərəvəz, dəniz məhsulu almaq imkanı, ucuz qiymətlər, beynəlxalq sürücülük hüququnun olması, paytaxtda kifayət qədər inkişaf etmiş infrastruktur.

Çin

Müsbət cəhətləri: çoxsaylı görməli yerlər, dadlı, çox çeşidli və ucuz qida.

Sinqapur

Müsbət cəhətləri: bir neçə mədəniyyətin sintezi, inkişaf etmiş əyləncə sənayesi, dadlı qida.

Tayland

Müsbət cəhətləri: daimi yay ölkəsi, dadlı və çox çeşidli mətbəx, beynəlxalq sürücülük hüququnun tanınması, Banqkokda ucuz və rahat taksi.

Çernoqoriya

Müsbət cəhətləri: gözəl təbiət, təmiz və təhlükəsiz ölkə, ünsiyyətdə sadə insanlar, təbii və dəniz məhsullarının bolluğu, beynəlxalq sürücülük hüququnun tanınması.

Belarusiya

Müsbət cəhətləri: fəal şəkildə inkişaf etmiş IT-sahə, paytaxt küçələrində təmizlik və səliqə, yüksək dərəcədə təhlükəsizlik, yollarda tıxacların olmaması, Avropaya yaxın olması.

Son xəbərlər
Digər xəbərlər