Azərbaycanın mobil qurğular bazarında “Samsung”un payı ötən ilin noyabr ayı ilə müqayisədə 0.55% artıb.
Banker.az “Global Stats” statistika mərkəzinə istinadən xəbər verir ki, ötən ilin dekabr ayında Azərbaycanın mobil qurğular bazarında “Samsung”un bazar payı 45.48% təşkil edib.
Bu dövrdə “Xiaomi” şirkətinin daxili bazar üzrə məhsullarının payı isə 30.92 % təşkil edib ki, ötən ilin noyabr ayı ilə müqayisədə bu göstərici 1.38% çoxdur.
Üçüncü yerdə isə bazar payı 14.01 % olmaqla “Apple” şirkətinin məhsulları qərarlaşıb ki, bu şirkətin Azərbaycan üzrə bazar payı dekabr ayı ərzində 0.71% azalıb.
Digər mobil cihaz istehsalçılarının Azərbaycanda bazar üzrə olan pay bölgüsü belədir:
Huawei | 5.35% |
---|---|
LG | 0.72% |
Lenovo | 0.52% |