10 C
Baku
Friday, December 13, 2024

Polşada peyvəndlə bağlı cərimə tətbiq olunacaq

Varşava Tibb Universiteti bir qrup tanınmış şəxsi növbəsiz peyvənd etdiyinə görə azı 250 min zlotı (70 min ABŞ dolları) məbləğində cərimə olunacaq.

Bu barədə ölkənin səhiyyə naziri Adam Nedzelski mətbuat konfransında bildirib.

O, həmin şəxslərin, ilk növbədə, peyvənd edilən həkimlər kimi qeydiyyatdan keçirildiyini deyib. Nazirin sözlərinə görə, daha sonra universitetə qarşı maliyyənin azaldılması şəklində də cəza tədbiri görülə bilər.

Qeyd edək ki, yanvarın 2-də VTU hospitalında keçmiş baş nazir, Avropa Parlamentinin üzvü Lezşek Miller, tanınmış artistlər Andrzey Severin və qızı Maria Severin, Kristina Yanda, Viktor Zborovski kimi tanınmışlar peyvənd olunub. Nazir A.Nedzelski bu hadisəni tənqid edərək mümkün sui-istifadə halları barədə araşdırma aparılacağını açıqlayıb. Bu hal ictimaiyyət tərəfindən də mənfi qarşılanıb.

Polşada 27 dekabr tarixindən başlayan peyvəndləmədə “Pfizer” və “BioNTech” şirkətlərinin dərmanından istifadə olunur. Peyvəndləmə pulsuz və könüllü əsasla aparılır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər