-1 C
Baku
Sunday, December 15, 2024

А310 faciəsi —sükan arxasındakı körpə idi

22 mart 1994-cü ildə Kemerovskaya əyalətində 20:58 radələrində “Российские авиалинии” şirkətinə məxsus və Moskva-Hon Konq reysi üzrə uçuşlar həyata keçirən A-310 təyyarəsi qəzaya uğrayır və parçalanır. Təyyarənin göyərtəsində 63 sərnişin və 12 heyət üzvü var idi. Qara qutuların açılmasından sonra qəzada insan amilinin əsas rol oynadığı məlum olur. Uçuş başladıqdan 3,5 saat sonra heyət komandiri Yaroslav Kudrinskiy öz iki övladını – qızı Yana və oğlu Eldarı pilot kabinəsinə çağırır. O burada ilk olaraq qızına, daha sonradan isə oğluna təyyarənin sükanı arxasına əyləşməyə imkan yaradır. Bu vəziyyət digər heyət üzvlərinin narazılığına səbəb olur.

Qeyd edək ki, komandirin qızı 13, oğlu isə 15 yaşında idi. Onlar sıra ilə pilot kürsüsündə əyləşir. Eldar sükandan tutaraq onu bir tərəfdən digər tərəfə tərpədirdi. Hər kəs bunu kiçik uşaq əyləncəsi olaraq qəbul edir və onu nəzarətsiz qoyurlar. Bir anda oğlan sükanı bərk dartır və avtopilot bunun pilot əmri olduğunu qəbul edərək sönür. Gözlənilmədən təyyarə pilot oyunu oynayan yeniyetmənin tam idarəsinə keçmiş olur.

Avtopilot rejiminin sönməsinə dair işıq siqnalizasiyası işə düşsə də, heyət bunun fərqinə varmır. Sükanı növbəti dəfə hərəkət etdirən uşaq sükanı 45 dərəcəyə qədər çatdırır və yüklənmə 5g həddinə çatır. İlk dəqiqələrdə heyət təyyarə ilə nə baş verdiyini anlamır və avtopilotun söndüyünün fərqinə vardıqda isə öz yerlərini tutmağa tələsirlər. Lakin təyyarənin sürətlə hərəkət etməsi səbəbindən onlar öz yerlərini tutmaqda çətinlik çəkir. Təyyarənin sükanı arxasında əyləşən və onu faktiki olaraq idarə edə biləcək yeganə insan 15 yaşlı bu oğlan idi.

Qara qutunun səs təhlillərindən sonra belə məlum olur ki, Eldar pilot jarqonunu bilmədiyindən heyət üzvlərinin dediklərini anlamaqda çətinlik çəkirdi. Onlar çətinliklə də olsa təyyarəni normal uçuş rejiminə sala bilirlər. Lakin məsafəni qoruya bilmədiklərindən təyyarə ağacların yuxarı hissələrinə ilişərək yerə çırpılır.

Son xəbərlər
Digər xəbərlər