Apple, iPhone 13-də istifadə edəcəyi 120 Hz-lik ekranların hamısını Samsung-dan alacaq.
Banker.az xəbər verir ki, Cənubi Koreyanın sənaye media şirkəti The Elec tərəfindən paylaşılan məlumata görə Samsung ilə olan əlaqəsini zəiflətməy istəyən Apple-ın iPhone 13-de istifadə edəcəyi 120 Hz ekranların tek təchizatçısı Samsung olacak.
Apple smartfon bazarında Samsung ilə böyük bir rəqabətdə olmasına baxmayaraq, eyni zamanda Cənubi Koreya texnologiya şirkətinin ən vacib müştərilərindən biridir. Xüsusilə Apple iPhone X ilə OLED ekrana keçdikdən sonra Samsung, Apple’ın ən böyük ekran təchizatçısı olub.
The Elec tərəfindən paylaşılan məlumata görə, Apple, dörd iPhone 13 modelindən ikisində, (ola bilsin Pro və Pro Max modellərində) standart OLED əvəzinə LTPO OLED panelini istifadə edəcək və 120 Hz yüksək ekran yeniləmə surətini təqdim edəcək. Üstəlik, qiymət danışıqlarında Samsung-a qarşı gücünü artırmaq üçün ekran təchizatçılarının sayını artırmaq istəyən Apple’ın yeganə LTPO OLED ekran tədarükçüsü Samsung olacaq.