Pakistan səfiri Bilal Hayee Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
Bu barədə pakistanlı diplomat “Twitter”də bildirib.
Görüşdə iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
“2021-ci ildə Azərbaycan-Pakistan dostluğunun daha da güclənməsini səbirsizliklə gözləyirəm”, – deyə səfir qeyd edib.