12 C
Baku
Monday, November 25, 2024

Azərbaycanlı dilənçinin üzərindən 13 milyon dollar çıxdı

İranın Azərbaycan ostanında maraqlı hadisə baş verib. Belə ki, dilənçiliklə məşğul olan yerli sakinlərdən biri polis tərəfindən saxlanılarkən onun üzərindən 4 min ABŞ dolları və iki kredit kard çıxıb.

Hadisə ilə bağlı mətbuata açıqlama verən Bükən şəhərinin meri Rəşid Mirheşami bildirib ki, kredit kartlar araşdırılarkən 64 yaşlı dilənçinin 351 milyard reala (13 milyon ABŞ dolları) sahib olduğu üzə çıxıb.

Adı açıqlanmayan şəxsin əvvəllər səyyar satıcılıqla məşğul olduğu, hazırda isə özünə dilənçi peşəsini seçdiyi bildirilir.

AzadXeber

Son xəbərlər
Digər xəbərlər