ABŞ-ın Təhsil Nazirliyinin rəhbəri Betsi Devos cümə axşamı Vaşinqtonda baş verən iğtişaşlar fonunda istefa verib.
Banker.az “TASS”a istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
“Bəyanatlarınızın hal-hazırkı vəziyyətə təsiri barədə heç bir şübhə yoxdur, mənim üçün bu bir dönüş nöqtəsi oldu” – deyə Devos ABŞ-ın hazırkı prezidenti Donald Trampa müraciətində söyləyib.
Xatırladaq ki, daha əvvəl ABŞ-ın nəqliyyat naziri Eleyn Chao da eyni səbəblərdən istefa vermişdi. Baydenin inauqurasiyası yanvarın 20-də baş tutacaq.