9 C
Baku
Thursday, December 12, 2024

İnsan Resursları departamentinə işə qəbul üzrə mütəxəssis (Vijn Fond AzərKredit)

İŞÇININ VƏZIFƏSI:

  • Təşkilatın 4 region üçün işə qəbul üzrə işçi cəlbi prosesini idarə edir və həyata keçirir;
  • İşə cəlbetmə üzrə, müsahibələr və seçim ilə bağlı regional menecerlər, filial menecerləri və digər heyətlə birgə çalışır;
  • Təşkilatın işçi ehtiyaclarına uyğun vakansiyalar üçün elan mətnləri hazırlayır;
  • Vakansiyalar üzrə elanları müvafiq saytlarda, uyğun yerlərdə yerləşdirir;
  • Regionlarla işə cəlbetmə prosesi ilə bağlı aktiv iş aparır;
  • Son seçim siyahısına uyğun olaraq müraciətçilərin testləşdirilməsini təmin edir, test nəticələrini təhlil edir;
  • Müsahibələrin keçirilməsini təmin və təşkil edir, müsahibələrdə iştirak edir;
  • Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin AzərKreditin qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
  • Bütün fəaliyyətini AzərKreditin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək.

TƏLƏBLƏR:

  • Ali təhsil dərəcəsi;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinin mükəmməl biliyi;
  • İR sahəsində ən azı 2 illik iş təcrübəsi;
  • Azərbaycan və İngilis dillərində yazılı və şifahi olaraq sərbəst ünsiyyət bacarığı, rus dilini bilməsi arzuolunandır;
  • Kompüterdə (Outlook, MS Word) sərbəst işləmək, Excel proqramını mükəmməl bilməsi mütləqdir;
  • Tələb olunduqda iş saatları üçün çevik olmaq, lazım gəldikdə iş vaxtının 30 %-ə qədərini səfər etmək bacarığı;
  • Eyni anda bir neçə iş görmək və təzyiq altında işləmək bacarığı;
  • Xoş görünüş və ünsiyyət qurma, komandada işləmə bacarığı;
  • Təşkilatın missiyasına sadiqlik.

Maraqlı namizədlərdən xahiş olunur ki, AzərKredit-in iş üçün anket formasını dolduraraq 14 dekabr 2014-cü il tarixinədək e-mail ([email protected]) və ya faks vasitəsilə ((+994 12) 597 30 39) təqdim etsinlər.

E-məktubunuzun mövzu hissəsində ‘Recruiter’ göstərin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə və ya təşkilatımızın baş ofisindən və filiallardan əldə edə bilərsiniz.

Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

E-ünvan: [email protected]                              

Fax: (+994 12) 597 30 39                                   

www.azercredit.az

 

Son xəbərlər
Digər xəbərlər