8 C
Baku
Thursday, November 7, 2024

AB Pfizer və BioNTech ilə müqaviləni 600 milyon dozaya qədər genişləndirəcək

Avropa Komissiyası (AK) əlavə olaraq “Pfizer” və “BioNTech”dən 300 milyon doza koronavirus peyvəndi alacaq.

Banker.az “Kommersant”a istinadən xəbər verir, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib.

Qeyd edək ki, Avropa Birliyində təxminən 450 milyon insan yaşayır.

“Avropa Komissiyası bu gün AB üzv ölkələrinə əlavə 100 milyon dollarlıq “BioNTech” və “Pfizer”in COVID-19 peyvəndi almağı təklif edib”, – deyə Ursula fon der Leyen Brüsseldə keçirilən mətbuat konfransında söyləyib. O, bu ilin ikinci rübündə əlavə 75 milyon dozanın gətiriləcəyini qeyd edib.

Xatırladaq ki. Avropa birliyində vaksinasiya 27 dekabrda, Avropa Komissiyası “Pfizer” və “BioNTech” bazara çıxandan sonra başlayıb.

Son xəbərlər
Digər xəbərlər