Məşhurlardan motivasiya dərsi
- Uğursuzluq – hər şeyi yenidən, lakin daha müdrik şəkildə başlamaq imkanıdır – Henri Ford
- Çox istedadlı olsanız və böyük səylər göstərsəniz belə bəzi nəticələri əldə etmək üçün zaman tələb olunur. 9 qadını hamilə olmağa məcbur etməklə 1 aydan sonra uşaq əldə edə bilməyəcəksiniz – Warren Buffet
- Hər bir insanın həyatında uğur onun qapısını mütləq döyür. Lakin insanların əksəriyyəti bu vaxt yaxınlıqda yerləşən pivəxanada əyləşir və heç bir qapı döyüntüsünü eşitmir – Mark Tven
- Bizim ən pis çatışmayan cəhətimiz ondan ibarətdir ki, tez bir zamanda həvəsdən düşürük. Uğura aparan ən düzgün yol isə – daim bir daha cəhd etməkdir – Tomas Edison
- Şəxsən mən qaymaqlı çiyələyi çox sevirəm, lakin nədənsə balıqlar soxulcana üstünlük verir. Bax buna görə də mən balıq tutmağa gedəndə özümün nə sevdiyimi deyil, balığın nə sevdiyi barədə düşünürəm – Deyl Karneqi
- Səhər yuxudan oyandıqda özündən soruş: “Mən bu gün nə etməliyəm?” Axşam yatmamışdan öncə də özündən soruş: “Mən bu gün nə etdim?” – Pifaqor
- Kasıb, uğursuz, bədbəxt və xəstə o şəxsdir ki, daim “sabah” sözünü işlədir – Robert Kiyosaki
- Mən bunu istəyirəm. Deməli, bu olacaq – Henri Ford
- Mən heç vaxt uduzmadım. Sadəcə işə yaramayan 10 000 üsul sınaqdan keçirdim – Tomas Edison
- Çətin iş – zamanında etməli olduğunuz lakin etmədiyiniz işlərin toplusudur – Con Maksvell
- Əvvəllər deyirdim: “Ümid edirəm ki, hər şey dəyişəcək”. Daha sonradan başa düşdüm ki, hər şeyin dəyişməsi üçün lazım olan yeganə üsul mənim özümün dəyişməyimdir – Cim Ron
- Bütün həyatım boyu çıxardığım dərs ondan ibarətdir ki, heç vaxt təslim olmamaq üçün cəhd etmək, cəhd etmək və yenə cəhd etmək lazımdır – Riçard Brenson