2 C
Baku
Saturday, December 14, 2024

Xiaomi iki fəqli məhsulu ilə “Milyon dollarlıq texnologiya mükafat”ını aldı

2020-ci ildəki bütün böhranlara baxmayaraq,  120W sürətli şarj kimi yenilikçi texnologiyaları ortaya qoyan Xiaomi, bu səylərinə görə “Milyon Dollarlıq Texnologiya” mükafatını qazanıb.

Banker.az xarici KİV-lərə istinadən xəbər verir ki, ilk dəfə “Milyon Dollarlıq Texnologiya Mükafat”ı  bir deyil, iki məhsula verilib. Bu çərçivədə Xiaomi, 120W sürətli şarj xüsusiyyəti və MIUI 12 ilə təqdim etdiyi gizlilik xüsusiyyətləri sayəsində 2020 Milyon Dollar Texnologiya Mükafatının qalibi olub.

Belə ki, keçən il Xiaomi tərəfindən elan edilən və Mi 10 ailəsinin ən güclü smartfon modeli olaraq ortaya çıxan Mi 10 Ultra, 120W simli sürətli enerji təklif etdi. Bu yüksək güc ötürmə sürəti, 4500 mAh tutumlu batareyanın yalnız 23 dəqiqə ərzində yenidən doldurulmasını təmin etdi və bu tarixdəki “telefonu enerjisi” bitdi şikayətinə son qoydu.

Milyon Dollar Texnologiya Mükafatına layiq görülən bir başqa texnologiya da MIUI 12-nin gizlilik xüsusiyyətləri idi. MIUI 12.5 ilə smartfonlardakı məlumatlar reklamdan və zərərli girişdən yüksək səviyyədə qorunur. Beləliklə, son vaxtlar tez-tez müzakirə olunan “məlumatların pozulması” problemi MIUI 12 ilə aradan qaldırıldı. 

Son xəbərlər
Digər xəbərlər