2021-ci ildə Sony, ilk televiziya modellərini qismən də olsa elan etdi və qarşıdakı dövr üçün ən böyük yeniliyin nə olacağını açıqlayıb.
Banker.az xəbər verir ki, şirkət bundan sonra “Android TV” əvəzinə “Google TV” interfeysindən istifadə edəcək.
Belə ki, Sony’nin 2021-ci ildə elan etdiyi ilk televizorları “Bravia XR” seriyasıdır. Bu televizorlarda edilən dəyişiklik, “Android TV” əvəzinə “Google TV” interfeysidir. Əslində, hər iki əməliyyat sistemi eynidir, lakin “Google TV” ümumi görünüş və məzmun tövsiyələri baxımından bir az daha inkişaf etmiş bir quruluşa malikdir.
Həmçinin, “Google” son açıqlamalarında “Android TV” əvəzinə “Google TV”nin istifadə olunacağını açıqlamışdı. Sənayenin qabaqcıllarından biri olan Sony, bu qərara uyğun olaraq işləmək qərarına gəlib. Beləliklə, Sony rəqiblərindən çox əvvəl “Google TV” istifadə etməyə başlayacaq.