8 C
Baku
Thursday, November 7, 2024

Fransa və Britaniya “Moderna” peyvəndinin istifadəsini təsdiqləyib

Fransa və Böyük Britaniya “Moderna” peyvəndinin istifadəsini təsdiqləyib.

“Moderna” peyvəndi Britaniyada istifadəsinə icazə verilən üçüncü peyvənddir.

Britaniya hökuməti əlavə olaraq bu peyvənddən 10 milyon doza sifariş edib. Daha öncə Britaniya 7 milyon doza sifariş etmişdi. Növbəti dozanın isə martadək Britaniyaya çatdırılacağı gözlənilir.

Fransanın Dərmanlara Nəzarət Agentliyi də “Moderna”nın istifadəsini təsdiqləyib. Bildirilib ki, qarşıdakı günlərdə “Moderna” peyvəndinin ilk dozası Fransaya gətiriləcək.

Qeyd edək ki, “Moderna” peyvəndi klinik sınaqlarda 94 faiz effektivlik göstərib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər