18 C
Baku
Thursday, October 10, 2024

“Synergy Group”un daha bir şirkətinin direktoru vəzifəsini itirib

“Synergy Group” MMC-yə daxil olan “Synergy Technics” MMC-nin direktoru İlkin Quliyev vəzifəsindən azad edilib.

Onun yerinə hələ ki, təyinat olmayıb.

Xatırladaq ki, bir qədər əvvəl holdinqə məxsus “Synergy Construction” MMC-nin direktoru, həm də şirkətlər qrupunun keçmiş rəhbəri Rauf Axundov da vəzifəsini itirib.

“Synergy Group” 2010-cu ildə yaradılıb, Azərbaycanda qeyri-neft sektorunda fəaliyyət göstərən ən iri özəl holdinqlərdən biridir. Onun nizamnamə kapitalı 50 milyon manatdır.

Mənbəreport.az
Son xəbərlər
Digər xəbərlər