Hindistanda “Lava” şirkəti tərəfindən keçirilmiş tədbirdə bir sıra yeniliklər təqdim edilib. Ən maraqlı yenilik “Lava MyZ” smartfonu olub. Bu, dünyada texniki xüsusiyyətlərini öncədən seçmək mümkün olan ilk smartfondur.
Cihaz “HD ” təsvir ölçülü 6,5 düymlük IPS ekran, “MediaTek Helio G35” çipi və 5000 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib.
İstifadəçi əməli və daxili yaddaşın tutumunu, kameraların sayını və təsvir ölçüsünü, həmçinin korpusun rəngini seçə bilər. Ümumilikdə istifadəçi bu şəkildə 66 unikal cihaz formalaşdıra bilər.