2020-ci ilin 11 ayında Bakıda ticarət dövriyyəsinin həcmi 19202.8 milyon manat olub.
“Banker.az”a Bakı şəhər Statistika Komitəsindən verilən məlumat əsasən, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ticarət dövriyyəsinin həcmi 0.4 faiz azalıb.
Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə 8.9 faiz artaraq 9752.9 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 7.9 faiz azalaraq 9449.9 milyon manata bərabər olub. İstehlak məhsullarının 31.4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 51.1 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 17.5 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.