Şəhərin mərkəzində yerləşən mağaza və kafelərdən qəfil olaraq lövhələr yığışdırılır.
Obyekt sahiblərinə isə onların məkan adlarının “qanunsuz” olduğu barədə isə heç kim rəsmi məlumat verməyib.
Mağaza işçilərinin verdiyi məlumata görə bir neçə şəxs mağazaya daxil olaraq lövhələri sökməyə başlayıb. Bu hal Fəvvarələr meydanında yerləşən bir neçə mağazada da eynilə yaşanıb.
Hazırda şəhərin mərkəzində “Beyrut”, “Meksikana”, “Sunset” restoranları, “Aydan” salonu və digər obyektlər adsız olaraq qalmışdır.