“Twitter” şirkətinin səhmləri prezident Donald Trampın hesabı bloklandıqdan sonra bazar ertəsi günü ABŞ-da keçirilən hərraclarda 8.3% ucuzlaşıb.
Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.
Xatırladaq ki, yanvarın 9-u sosial şəbəkə “şiddətə təhrik riski” səbəbindən Trampın şəxsi hesabını dondurub. Daha əvvəl yanvarın əvvəlində “Facebook” və “Instagram” tərəfindən siyasətçinin profillərinə müxtəlif məhdudiyyətlər tətbiq olunub.
Bunun əsas səbəbi ABŞ prezidentinin yanvarın 6-da ABŞ Konqresinin binasına basqın edən etirazçılara müraciət etməsi olub. Qeyd edək ki, Tramp yanvarın 20-də istefa verməlidir.