2020-ci ilin yanvar-noyabr aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 27 milyard manat təşkil edib.
Banker.az Bakı şəhər Statistika İdarəsinin aylıq hesabatına istinadən xəbər verir ki, sənaye məhsulunun 73.9 faizi mədənçıxarma, 23.2 faizi emal, 2.1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0.8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.
Sənayedə qeyri-dövlət sektorunun payı 78.7% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 85.4%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 14.6% təşkil edib.