Çinin “Baidu” axtarış sistemi “Geely” şirkəti ilə elektrikli avtomobillərin istehsalına başlayır.
Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.
Çinin “Baidu” axtarış sistemi avtomobil istehsalçısı “Geely” ilə elektrikli nəqliyyat vasitələrinin istehsalı ilə bağlı strateji tərəfdaşlıq barədə razılığa gəldiyini bildirib.
“Geely” avtomobil istehsalı, “Baidu” isə onlar üçün intellektual sistemlərin təchizatı ilə məşğul olacaq. Avtomobil istehsalçısı həmçinin “Baidu”nun müstəqil törəməsi olacaq yeni şirkətin strateji sərmayəçisidir.
Razılaşmanın digər təfərrüatları açıqlanmır. Xatırladaq ki, yanvarın əvvəlində CNBC “Baidu”nun majoritar səhmdar olacağı, “Geely”nin isə minoritar paket alacağını yazmışdı.
“Bloomberg” qeyd edir ki, ortaq müəssisə “Baidu” tərəfindən hazırlanan “Apollon” platformasının tanıdılması ilə məşğul olacaq. Hal-hazırda bu platformanın “Ford Motor”, “Microsoft” və “Volkswagen” daxil olmaqla 130 iştirakçısı var.
Agentliyin bildirdiyinə görə, “Baidu”nun bu addımı, böyük internet şirkətlərinin texnologiyalarını intellektual sistemlərə daha yüksək qiymət verəm avtomobil sahiblərinə təqdim etmək istədiklərini göstərir.