Xam neftin qiymətləri həftənin çərşənbə axşamı ABŞ-da neft ehtiyatlarının son 5 həftədə azalması gözləntiləri ilə bahalaşmağa başlayıb.
Bakı vaxtı ilə saat 12:30 radələrində Brent xam nefti Londonun qitələrarası fond birjasında 41 sent (0.74%) bahalaşma ilə 56.07 dollara yüksəlib. Paralel olaraq Nyu-Yorkun əmtəə birjasında WTI markalı xam neftin bir barreli 52.69 dollara yüksəlib ki, bu da sessiya ərzində 44 sent (0.84%) qiymət artımı qazanması deməkdir.
Lakin, investorlar qiymət artımı ilə paralel, dünyada COVID-19 epidemiyasına yoluxmanın artmasından narahat görünür.