“Sony” peşəkar foto və video çəkiliş üçün kompakt “Airpeak” dronunu təqdim edib.
Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
Təqdimat CES 2021 istehlakçı elektronikası sərgisində baş tutub.
Bu, “Alpha” kameralarını saxlaya bilən cihazlardan ən kiçiyidir. Şirkət süni zəka texnologiyasından istifadə etdiyini açıqlayıb.
“Sony” peyzajları və şəhər görüntülərini çəkmək üçün dronlardan istifadə imkanlarını araşdırdığını bildirib. Cihazla bağlı digər detallar hələ açıqlanmayıb. Şirkət daha əvvəl dron istehsalı ilə məşğul olmasa da, onun kameraları keyfiyyət baxımdan bazarda liderdir.
Qeyd edək ki, “Sony” dron bazarında “DJI”, “Parrot” və “Skydio” ilə rəqabət aparmalı olacaq.