9 C
Baku
Friday, December 13, 2024

Qualcomm “Samsung Galaxy S21″də tətbiq olunacaq yeni barmaq izi sensorunu təqdim edib

Qualcomm, Samsung Galaxy S21 ailəsində ilk dəfə istifadə ediləcəyi ehtimal olunan yeni ekran yerləşdirilmiş barmaq izi skanerini təqdim edib.

Banker.az xeber verir ki, əvvəlki nəsildən 1.7 qat böyük olan sensor, istifadəçi təcrübəsini əhəmiyyətli dərəcədə yaxşılaşdıracağını vəd edir.

Qualcomm rəsmi olaraq ilk nəsil ultrasəs barmaq izi oxuyucusunu 2018-ci ildə tanıdıb. Ancaq “Qualcomm 3D Sonic Sensor”, o vaxtdan bəri yalnız proqram təkmilləşdirmələrini alıb və Galaxy S10 ailəsindən Galaxy Note 20-ə qədər eyni ultrasəs sensorunu görməyə davam edirdik.

Qualcomm nəhayət ikinci nəsil ultrasəs barmaq izi oxuyucu “3D Sonic Sensor Gen 2″ni təqdim etdi. Birinci nəslə nisbətən daha böyük bir sahəyə və  yüksək performansa sahib olan 3D Sonic Sensor Gen 2, biometrik təhlükəsizliyi əhəmiyyətli dərəcədə artırır və istifadəçi təcrübəsini yaxşılaşdırır.

Son xəbərlər
Digər xəbərlər