6 C
Baku
Sunday, December 15, 2024

Amerika bankı Trampın 5.3 milyon dollarlıq hesablarını bağlayıb

Nyu-Yorkda yerləşən “Signature Bank” bankı ABŞ prezidenti Donald Trampın 5.3 milyon dollarlıq iki şəxsi hesabını bağlayıb.

Banker.az bu barədə xarici KİV-ə istiadən xəbər verir.

Bank ABŞ Konqresinin binasına basqın edilməsi fonunda Amerika liderini erkən istefaya çağırıb. Qeyd edək ki, Trampın səlahiyyət müddəti 20 yanvarda başa çatır.

“Biz ABŞ prezidentinə vəzifəsindən istefa verməyi tövsiyə edirik. Bu, ölkəmizin və bütün amerikalıların maraqlarına cavab verərdi”, – deyə bankın açıqlamasında bildirilir.

Almaniyanın “Deutsche Bankı” da Donald Tramp və “Trump Organization” şirkəti ilə əməkdaşlıq etmədən imtina edib. Bu bankda ABŞ liderinin 2023 və 2024-cü illərdə ödəməli olduğu 300 milyon dollarlıq üç borcu var.

Xatırladaq ki, daha əvvəl “Twitter” həmişəlik olaraq Trampın hesabını bağlamaq qərarına gəlib. Şirkət bu addımını Kapitoliya binasındakı baş verən hadisələrin Trampın təhriki ilə baş verməsi ilə izah edir.

Son xəbərlər
Digər xəbərlər