7 C
Baku
Sunday, December 15, 2024

Business networking əhəmiyyəti barədə

Müəllif: Müşfiq Şiraliyev

Təlimlərin birində baş verən maraqlı hadisəni sizinlə paylaşmaq istərdim.  Bu yaxınlarda marketoloq İlkin Manafovun təlimində oldum.  O zalda olan dinləyicilərə belə bir sual ünvanladı: “Sizcə biznesdə ən vacib olan nədir?”  Təbii ki, bir çox cavablar səsləndi: idea, sərmayə, niş bazar və s. Lakin düzgün cavab business networking idi.

Business networking– olduğumuz mühitdə insanlarla əl-ələ görüşmək, bir-biri ilə əlaqəsi olmayan seminarlarda, konfranslarda və ya təlimlərdə iştirak edərək ətrafdakılara vizit kart paylayıb-yığmaqdan ibarət deyil.  Networking, ciddi bir fəaliyyətdir, aktiv və dinamik olmağı tələb edir. Business Networking çevrənizdəki iş və ya şəxsi kontaklarınızın sizə müntəzəm şəkildə iş axışını təmin edən pistondur. Bu konsept olduqca bəsit görünə bilər. Amma buna aldanmayın. Networking insanın özünə qoyduğu sərmayədir. Belə bir insan əlaqələrinin qurulması üçün müəyyən bir zaman dilimi tələb olunur və olduqca qarışıq bir prosesdir.

Bir az düşündüyümüz zaman ağlımızda “Neçə insanı tanıyırıq? Telefonumuzda neçə insanın nömrəsi qeydiyyatdadi?” kimi bir neçə suallar yarana bilər. Statistika isə, bir neçə il biznes mühitində olan birinin təxmini olaraq 1 000 kişini tanıya biləcəyini deyir.

Bəs bu tanıdıqlarımızdan neçə nəfər bizim həqiqətən nə işlə məşğul olduğumuzu bilir?!

Bu insanların neçəsi sizi mütəmadi və sistemli şəkildə başqalarına tövsiyə edir və ya potansial bir işə yönləndirir ? Və ən əsası bu tövsiyələrdən neçəsi sonda gəlir gətirir?

Bir şirkətin nümayəndəsinin bir yığıncağda istirak etdiyini düşünək. Qarşısına çıxana networking adı ilə vizitkartlarını verir və ya toplayır. Lakin bir müddətdən sonra həmin vizitkartlar zibilə atılacaq. İşimizin inkişafı üçün networkingimiz strategiyalı olmalı və hədəfə fokuslanmalıdır. Kiminləsə, haradasa qarşılaşmaq və bu qarşılaşma ilə başlayan əlaqələri inkişaf etdirərək qarşılıqlı mənfəətə çevirmək  tamamilə öz əlinizdədir.Qarşılıqlı inam vacib ünsurdu və bu daha sonra gəlirə çevriləcək.

Xingin satış müdiri Natali Y-a görə ilk öncə maraq dairələrimizə uyğun qruplara üzv olmağımız həm həmkarlarımızla tanışlığımızı artıracaq, həm də bu sahədəki inkişaf və müzakirələri yaxından izləməyimizə şərait yaradacaq. Layihələrin, satışların və s. bir çoxunun tanışlarda olduğunu nəzərə alsaq, bu şəbəkələrdə yer almaq bizim sektorumuz və peşəmiz üçün olduqca dəyərli şəxslərlə tanış olmağımıza şərait yaradacaq. Konfrans, seminar və ya yığıncaqlarda tanışdığınız insanları biznesyönümlü sosial şəbəkələrdə izləyin. Çünki, iş yerini dəyişdiyiniz zaman əlinizdə olan vizitkart artıq köhnə informasiya daşıyıcısı sayılacaq və siz sosial şəbəkələrdə daha yeni məlumatlar əldə edə biləcəksiniz.  Sektordakı vacib insanların profillərini təqib edin, paylaşımlarını oxuyun. Əgər kimsə mükafat almıb və yaxud vəzifəsi artıbsa 2 dəqiqənizi ayıraraq təbrik mesajı yazın. Maraqlandığı bir mövzunu profilində qeyd etmibsə və əlinizdə mövzu ilə bağlı məlumat varsa onunla paylaşa bilərsiniz. Beləliklə, həmin şəxslərin sizi xatırlamasına imkan yaradacaq güclü biznes əlaqələri quracaqsınız.

Artıq gələcək iş müsahibələrində imtahan balları kimi parametrlər daha az önəm kəsb edəcək və əvəzində isə : ”Siz,sektordan kimləri tanıyırsız?” kimi suallar yer alacaq.”Dostunu göstər sənə kim olduğunu deyim.” Bu ifadə boş yerə yaranmayıb. Çevrəmiz əslində bizim kimliyimizdir. Siz,hələ də həmkarınızı təbrik etməmisiniz?

Son xəbərlər
Digər xəbərlər