12 yanvar 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin (AZ0104001877 ISIN-li) 20 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 90.9300 (10.0296%) və 94.5562 (5.7889%) olan 27 sifariş təqdim edib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 94.3866 (5.9800%), orta ölçülmüş qiyməti 94.4259 (5.9356%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 98,041,500 manat yerləşdirilmiş həcmi isə tələbin yüksək olması nəzərə alınaraq 50% artırılıb, 30 000 000 manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 11 yanvar 2022-ci il.
Hərrac iştirakçıları 13 yanvar 2021-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.