18 C
Baku
Saturday, May 4, 2024

“YouTube”da Trampın hesabını dondurub

“YouTube” videoxidməti ABŞ prezidenti Donald Trampın şəxsi hesabını bir həftə müddətinə dondurub.

Banker.az xəbər verir ki, bu barədə “CNN” telekanalı məlumat yayıb. “YouTube” sözçüsü prezidentin kanalında bu yaxınlarda yayımlanan videonun “şiddəti təhrik etdiyini” və bu səbəbdən silindiyini söyləyib.

Qeyd edək ki, “YouTube” Trampın hesabını bloklamayan yeganə böyük platforma idi. Hal-hazırda prezidentin “Facebook”, “Instagram” və “Twitter”dəki səhifələri blok edilib.

Tramp “YouTube”a yeni videolar yükləyə və ya canlı yayıma çıxa bilməyəcək. Bundan əlavə, kanaldakı digər videolar altındakı şərhlər deaktiv ediləcək. Trampın özünün hesabından başqa, siyasətçinin tərəfdarlarının hesabları da bloklanma dalğasının altına düşüb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər