2020-ci ildə Azərbaycanda nəqliyyat sektorunda 1 milyard 178 milyon sərnişin daşınıb.
Banker.az Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, 2019-cu illə müqayisədə sərnişin daşınmasında isə 42.7% azalma müşahidə olunub.
Həmçinin eyni dövrdə, nəqliyyat sektorunda 189 milyon ton yük daşınıb ki, bu göstərici də 2019-cu illə müqayisədə 19.8% azdır.