Azərbaycan Respublikasının 2020-ci il üzrə büdcə gəlirləri 24 milyard 673.1 milyon manat, xərcləri isə 26 milyard 417.1 milyon manat olmuşdur.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, büdcə gəlirləri illik müqayisədə 1.9%, xərcləri isə 8.2% artıb.
Bu da büdcədə 1 milyard 744 milyon manat kəsirlə (defisit) bitməsi deməkdir. Lakin, yanvar-noyabr ayı üzrə göstəricilərdə 78.4 mln. manat profisit (qalıq) tamamlanması göstərilirdi. Azalmaya əsas səbəb isə büdcə xərclərinin kəskin artması, yəni, 4 milyard 254.4 manat olması olub.