ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələrinin 2021-ci il üçün gündəlik xam neftin hasilatı üzrə proqnozunu azaldıb.
“APA-Ecocomics”in EIA-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, bu il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 27,16 mln. barel olacaq. Bu, əvvəlki proqnozdan 0,38 mln. barel azdır.
Hesabata əsasən, 2020-ci ildə bu göstəricinin 25,59 mln. barel olub (öncəki proqnoz – 25,61 mln. barel).
EIA-ın proqnozuna görə, OPEC ölkələri üzrə gündəlik neft hasilatı 28,23 mln. barel səviyyəsində olacaq. 2019-cu ildə bu göstərici 29,27 mln. barel olub.