Əli Həsənovun ailəsinə məxsus 6 şirkət ləğv edildi

Azərbaycanda eyni şəxsə məxsus 6 şirkət bağlandı.

Banker.az xəbər verir ki, bu şirkətlər “Bakı 24” MMC, “Kaspi Az” MMC, “Mətbuat Evi” MMC, “Golden Prince” MMC, “Global Advertisement” MMC və “Kaspi Co” MTK-dır.

Kreditorlar iki ay ərzində tələblərini 1095 BAKI şəhəri, SƏBAİL rayonu, FİKRƏT ƏMİROV küçəsi, ev 1 ünvanına bildirə bilərlər.

Bildirək ki, bu şirkətlərə Ə.Həsənovun həyat yoldaşı Sona Vəliyeva, oğlu Şamxal Həsənli və yaxın qohumu Azər Vəliyev rəhbərlik edir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər