2 C
Baku
Saturday, December 14, 2024

Niyə tərif karyeraya mane olur və bununla necə mübarizə aparmaq lazımdır

Niyə “tərif” problemə çevrilə bilər

Köln Universitetinin apardığı araşdırma göstərir ki, qadınlara onların kişi həmkarları ilə müqayisədə daha loyal münasibət bəslənilir. Bu səbəbdən onlar üçün inkişaf etməli olduqları istiqaməti müəyyənləşdirmək və karyera yüksəlişinə nail olmaq daha çətindir. Bu cür isti “təqdirəlayiq feedback” gələcəkdə problemə çevrilir, çünki yalançı güvən işin effektivliyi haqqında real məlumatları toplamağa mane olur.

Pandemiya dövründə qadınların işsiz qalması riski kişilərlə müqayisədə daha yüksək idi, və bu baxımdan onların həmkarlardan müsbət rəy almaq istəyi məntiqli görünür. Bu yaxınlarda bir qadınla çalışırdım. O, “keçən həftə təqdimat zamanı çox yaxşı işləmişdi” və ona “əladır, belə də davam et” deyilmişdi. Təəccüblü deyil ki, həmin qadın məmnunluqdan müdirinə başqa heç bir sual vermədi. Nəticə olaraq, heç bir kritik baxış almadı. Bu isə, bildiyimiz kimi, inkişafı ləngidən əsas amillərdən biridir. Əslində, bu, kişilərə də aiddir.

Müzakirə mövzusunu necə dəyişmək olar

Əgər özünüzü tərifin “zərərli” təsirindən qorumaq istəyirsinizsə, deyilənlərə diqqətlə qulaq asın və müzakirəyə davam edin. Nəticələriniz barədə müdirinizlə danışmazdan əvvəl aşağıdakıları edin:

1. Yüksək vəzifə tələb etməzdən əvvəl yaxşı-yaxşı düşünün. Maraqlarını haqqında düşünmək üçün özünüzə vaxt verin. Sizcə, şirkət onlara necə qiymət verəcək? Hansı bacarıqlarınız komanda üçün faydalı ola bilər? İrəliləyiş əldə etmək üçün şirkətə nə verirsiniz? Hansı bacarıqlarınız məqsədlərə çatmağa kömək edə bilər? Kimin ideyası və ya nöqteyi-nəzəri daha faydalı idi?

2. Karyera planınızı qurun. Yuxarıdakı suallara cavab verdikdən sonra işdəki rolunuzu anlayacaqsınız və yeni vəzifə haqqında danışarkən daha sərbəst olacaqsınız. Siz şirkətin necə işlədiyini və ona uyğun gəldiyinizi nümayiş etdirməlisiniz.

3. Öz suallarınızı hazırlayın. Bu və ya digər vəzifədə ehtiyac duyduğunuz bacarıqları müəyyənləşdirdikdən sonra müdirinizə öz suallarınızı verin. Onun cavabı sizə vəzifədə yüksəlmək üçün nə etməli olduğunuzu başa düşməyə kömək edəcək. Məsələn: “Məni marketinq direktoru vəzifəsi maraqlandırır. Bacarıqlarımı və təcrübəmi nəzərə alsaq, bu rol üçün nə vacibdir, nəyin üzərində işləməliyəm?”.

Qeyri-dəqiq və faydasız tövsiyələrdən qaçmağın yolları

Bəzən birbaşa suallara qeyri-müəyyən cavablar verilir. Tipik bir nümunə: “Vəzifədə yüksəlmək üçün daha strateji davranmalısınız”. Əlbəttə ki, bu bir milyon mənanı ifadə edə bilər. Əgər sualınız cavabsız qaldısa, məsələyə aydınlıq gətirməyə çalışın: “Əla. Strateji yanaşma tam olaraq nə deməkdir? Davranışımı və ya işimi necə dəyişdirə bilərəm?”

Əks əlaqə dairəsini necə qapatmaq olar

Nəhayət, inkişaf etmək üçün rəhbərliyə bu rəyin sizin üçün nə dərəcədə faydalı olduğunu bildirin. Onların fikirlərini işinizdə necə nəzərə aldığınızı nümayiş etdirin. Və hər zaman baş verənləri düzgün başa düşdüyünüzü, habelə gözləntilərə uyğun olub-olmadığını yoxlayın.

Əsas nəticə – hər zaman suallar verin. “Dumanlı” cavablarla kifayətlənməyin. “Əgər soruşamsan, əldə etməyəcəksən” qaydasını rəhbər tutun. Bu, karyera inkişafını öz əlinə almağın ən sadə üsullarından biridir.

Son xəbərlər
Digər xəbərlər