6 C
Baku
Friday, November 8, 2024

Azərbaycanda peyvəndləmə ilə bağlı elektron qəbul sistemi yaradılacaq

Azərbaycanda koronavirusa qarşı peyvəndləmə könüllü olacaq.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Qeyd olunub ki, peyvənd olunmaq istəyən vətəndaşların istifadəsində elektron qəbula yazılmaq üçün (randevu) sistemi olacaq.

“Bu sistem vasitəsilə onlar peyvənd olunmaq üçün yaşayış yerlərinə ən yaxın tibb məntəqəsini və uyğun saatı seçmək imkanı əldə edəcəklər”, – məlumatda bildirilib.

Məlumata görə, vaksinasiya könüllülük prinsipinə əsaslandığı üçün imtina olunacağı təqdirdə hər hansı inzibati tədbirin həyata keçirilməsi nəzərdə tutulmayıb.

Son xəbərlər
Digər xəbərlər