7 C
Baku
Friday, November 8, 2024

Vaksinasiya zamanı test götürülməyəcək

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) indiyədək test olunmayan, amma vaksin vurulmalı olan şəxslərin əvvəllər koronavirus keçirib-keçirmədiklərinə görə test olunması ilə bağlı məsələyə aydınlıq gətirib.

Qurumdan bildirilib ki, vaksin istehsalçıları tərəfindən vaksinlərin istifadəsinə dair təlimatda vaksin öncəsi testin aparılması kimi tələb qoyulmur.

“Dünya ölkələrinin təcrübəsinə görə vaksinasiya prosesinin effektivliyi üçün qısa müddətdə mümkün qədər çox insanın peyvənd olunması mütləqdir. Bu baxımdan əlavə testlərin aparılmasının vaxt itkisi olmasını, assimptomatik şəxslərdə bəzən testlər aparılsa belə virusun aşkarlanmamasını nəzərə alaraq əlavə müayinələrin aparılması nəzərdə tutulmayıb (tibbi araşdırmalar göstərir ki, assimptomatik xəstələrdə ya immun cavab yaranmır, ya da çox zəif yaranır). Xüsusilə qeyd etməliyik ki, COVID-19 virusuna yoluxmuş və sağalmış insanların peyvənd olunmasında da heç bir əks göstəriş yoxdur”- TƏBİB-dən bildirilib.

Son xəbərlər
Digər xəbərlər