Ötən il Naxçıvanda əsas kapitala 1 milyard 41 milyon 18 min manat məbləğində vəsait yönəldilib.
Banker.az Naxçıvan Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1.1%-dən çox vəsait yönəldilməsi deməkdir.
Qeyd edək ki, 2019-cu ildə əsas kapitala yönəldilmiş vəsaitin məbləği 1 milyard 29 milyon 284 min manat təşkil edib.