20 C
Baku
Wednesday, October 9, 2024

Bugünkü valyuta hərracının nəticəsi açıqlanıb – 100 mln. dollardan çox vəsait satılıb

14 yanvar 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə dördüncü valyuta hərracı keçirilib.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hərracda tələb 100.1 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1.7000 səviyyəsində formalaşmışdır.

Bildiririk ki, Mərkəzi Bank tərəfindən valyuta hərracları həftədə 2 dəfə (çərşənbə axşamı və cümə axşamı) keçirilir və bu hərraclarda bankların həm nağd, həm də qeyri-nağd valyuta üzrə tələbləri tam təmin edilir.

Bir daha vurğulamaq istərdik ki, 2017-ci ildən başlayaraq artıq 4 il ərzində milli valyutanın məzənnəsi sabitdir və cari ildə də Mərkəzi Bank tərəfindən valyuta bazarında stabilliyin tәmin edilməsi diqqət mərkəzində saxlanılacaqdır”.

Son xəbərlər
Digər xəbərlər