16 C
Baku
Friday, October 18, 2024

Azərbaycanın tikinti şirkəti “qapalı” fəaliyyət göstərəcək

Azərbaycanda tikinti şirkəti səhm bazarına “qapalı” şəkildə daxil oldu.

Banker.az xəbər verir ki, “Encom Construction” MMC təşkilati-hüquqi formasını dəyişərək Qapalı səhmdar Cəmiyyətinə çevrildiyini elan edir.

Qeyd edək ki, “Encom Construction” 2009-cu ildən bəri fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı 2000 manatdır və qanuni təmsilçisi Ramin Əsədovdur.

“ENCOM Construction” tikinti şirkəti inzibati binaların, betonolit konstruksiyalar və dəmir konstruksiyalar, mikrotunel, mühəndis şəbəkələri və kommunikasiyaları sahəsindəki, mərkəzləşdirilmiş havalandırma və ventilyasiya sistemləri layihələri üzrə Bakı və ətrafındakı şəhərlərdə üç ədəd istehsalat bazasına malik olan böyük tikinti trestinə çevrilib.

Şirkətin mülkiyyətinə 2 asfalt istehsalı zavodu və bir beton istehsalı zavodu daxildir.

Son xəbərlər
Digər xəbərlər