“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 14 yanvar 2021-ci il tarixində qida məhsulları sahəsində fəaliyyət göstərən 25 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
Qeyd edilən tarixdə 8 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində aşkarlanmış nöqsanlar əsasında həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:
S/S | Subyektin adı | Fəaliyyət istiqaməti | İmtina səbəbi |
1 | “NEMƏTOĞLU AQRO”
Məhdud Məsuliyyətli Cəmiyyəti |
İstehsal | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
2 | Omarlı Şükür Şəfi oğlu | İstehsal | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
3 | “COURABİER”
Məhdud Məsuliyyətli Cəmiyyəti |
İstehsal | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
4 | Ramazanov Asəf Əli oğlu | İstehsal | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
5 | Babayeva Vüsalə Məmmədəli qızı | İstehsal | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
6 | “EVRAZ TRADE GROUP”
Məhdud Məsuliyyətli Cəmiyyəti |
Emal | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
7 | Qafarov Rəhman Mehman oğlu | İstehsal | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
8 | Namazov Ramiz Məhəmməd oğlu | Emal | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.