20 C
Baku
Wednesday, October 9, 2024

Ötən il Naxçıvanın xarici ticarət dövriyyəsində müsbət saldosu 2.1% azalıb

2020-ci ildə Naxçıvan Muxtar Respublikası xarici ölkələrlə 510 milyon 547 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Banker.az  Dövlət Statistika Komitəsinin hesabatına xəbər verir ki, bu, 2019-cu ilin eyni dövrünə nisbətən 2.7 % çoxdur.

Ötən il muxtar respublikanın ixracının dəyəri 0.7 % artaraq 428 milyon 520 min ABŞ dolları, idxalının dəyəri isə 14,7 % artaraq 82 milyon 27 min ABŞ dolları olub.

Son nəticədə xarici ticarətdə 346 milyon 493 min ABŞ dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 2.1 % azdır.

Son xəbərlər
Digər xəbərlər